Rusiya ilə görüşmək üçün heç kimdən xahiş etmirik - Lavrov
“Rusiya ABŞ-la münasibətləri davam etdirməkdən yayınmır”.
Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. O bildirib ki, ABŞ-ın həmlələri regionda vəziyyəti çox pis hala gətirib. Lavrov ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Baydenin mövqeyi vəziyyəti gərginləşdirmir. Lavrov bəyan edib ki, Rusiya heç kimdən görüşmək üçün xahiş etmir.
“Danışıqların davam etməsi üçün ciddi təklif yoxdur. Heç kim doğru təşəbbüs göstərmir” - Lavrov deyib.
Bahadur Seyidov