Polşa Türkiyədən PUA alan ilk NATO ölkəsi oldu



 12:25 14.10.2022     1012

Polşa Türkiyədən Bayraktar TB2 PUA-ları alır.

Demedia.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, PUA-lar bu ay ordunun istifadəsinə veriləcək. Məlumata görə, Polşa ordusu türk PUA-larından istifadə etmək üçün hazırlıq aparır. Açıqlamaya görə, ordunun Bayraktar TB2 PUA-ları ilə təmin edilməsi çox önəmlidir.

Qeyd edilib ki, bu, ordunun yenilənməsinə xidmət edir. Qeyd edək ki, Polşa Türkiyədən PUA alan ilk NATO ölkəsi olub.

Bahadur Seyidov