Yaponiya Şimali Koreyaya etiraz notası verdi



 12:58 14.10.2022     359

Yaponiya Şimali Koreyanın Yapon dənizinə raket atmasını qınayıb.

Demedia.az xəbər verir ki, Tokio Pxenyanın həmləsini “qəbuledilməz” adlandırıb.Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreyanın atdığı raket 50 kilometr havaya qalxaraq, 650 kilometr məsafə qət edib. Raket neytral əraziyə düşüb. Yaponiya bununla bağlı Pxenyana etiraz notası verib.

“Şimali Koreyanın testlərinə səssiz qalmaq və onun raket texnologiyasındakı əhəmiyyətli inkişafını gözardı etmək olmaz. Biz Şimali Koreyanın hərbi hərəkətlərini təhlil etmək üçün ABŞ-la yaxından işləməyə davam edəcəyik" - Yaponiyanın Müdafiə Nazirliyindən bildirilib.

Bahadur Seyidov