Putinin Əliyevlə Paşinyana dəvəti: Moskvanın bu istəyi...



 12:28 14.10.2022     698

Putin Əliyevlə Paşinyanı Rusiyada görüşə dəvət edib.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, Uşakov Moskvanın bu istəyini öncədən açıqlamışdı:

"Qərb cəbhəsinin Bakı-İrəvan xəttində təşəbbüsü ələ alması, rusların geriyə düşməsi də rus torpaqlarında üçtərəfli görüşün təşkil ediləcəyi gözləntisini artırırdı. 

Böyük ehtimalla Putin görüşü yaxın günlərdə təşkil etməyə çalışacaq, çünki Praqa razılaşmasına uyğun olaraq Aİ-Fransa Ermənistana “mülki missiya” göndərilməsini sürətləndirir və Rusiya buna qədər təşəbbüsü yenidən ələ almaq istiqamətində addımlar atacaq.

Sülh sazişi üzərində iki cəbhənin mübarizəsi regionda prosesləri yeni eskalasiyaya qədər apara bilər".

Xəyalə Məmmədova / Demedia.az