Cənubi Koreya Pxenyana sanksiya tətbiq etdi
Cənubi Koreya 5 ildən sonra ilk dəfə Şimali Koreyaya qarşı sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, buna səbəb Pxenyanın intensiv raket sınaqları təşkil etməsi və nüvə bombası testlərinə hazrlıq işləri aparmasıdır. Həmçinin, Cənubi Koreyanın Təhlükəsizlik Şurasından bildirilib ki, Pxenyan 4 il əvvəl imzalanmış sərhəd bölgəsində “təxribatları” qadağan edən sənədin tələblərini pozur. Cənubi Koreyanın sanksiyaları Şimali Koreyada raketlərin hazırlanmasında iştirak edən 15 nəfəri və 16 qurumu əhatə edir.
Bahadur Seyidov