İlon Mask Ukraynadakı internet xidmətini maliyyələşdirməkdən imtina etdi
SpaceX şirkətinin rəhbəri İlon Mask Ukrayna səmasında istifadəyə verilən Starlink peyk internet xidmətini maliyyələşdirməkdən imtina edib.
Demedia.az xəbər verir ki, o, bundan sonra maliyyə xərclərini üzərinə götürməyəcəyini ifadə edib. İlon Mask xidmətin xərclərinin ödənilməsi üçün ABŞ ordusuna bildiriş göndərib.
Qeyd edək ki, Ukraynada internet avadanlıqarı məhv edilsə də, Starlink peykləri ordunun əlaqə qurmasına imkan yaratdı. İlon Mask indiyə qədər xidmətə 80 milyon dollar xərcləndiyini ifadə edib. Vəsait ayrılmasa Ukraynada internet xidməti ləğv ediləcək.
Bahadur Seyidov