Moskvanın MDB-ni gücləndirmək planı effektli olmayacaq - Politoloq açıqladı



 16:45 14.10.2022     577

Moskvanın MDB-ni gücləndirmək planı effektli olmayacaq.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Astanada keçirilən MDB Dövət Başçıları şurasının iclası Moskvanın bu təşkilatı inkişaf etdirmək planın tərkib hissəsidir:

"Ötən həftə Sankt-Peterburqda qeyri-rəsmi toplantısı keçirildi. V.Putinin Rusiya və Qərb arasında davam edən siyasi-hərbi böhran fonunda teşkilat daxilində monolit və effektli şəkildə Moskvanın dominantlığını təmin etməsi mümkün görünmür. MDB ölkələri Rusiyanın Ukraynaya qarşı siyasətində Belarus istisna olmaqla dəstəkləmirlər.

Astana iclası təşkilat daxilində siyasi-iqtisadi, təhlükəsizlik və hərbi əməkdaşlığı inkişaf etdirməklə, regionda yeni çağrışlara hazır olmaqdır. Amma, MDB-nin bu istiqamətdə inkişaf edərək Moskvanın dominantlığını təmin etməsi reallıqdan uzaqdır. Rusiyanın layihəsi olan MDB 30 il ərzində nə güclü regional nə də, beynəlxalq təşkilata çevrilə bildi. Təbiiki, burada Rusiyanın təşkilat daxilində pozucu və üzv ölkələrə qarşı vəkalət və işğal siyasətindən irəli gəlir. Əgər, 30 il ərzində Moskva bunun əksi olaraq siyasət ortaya qoya bilərdi.

Bu illər ərzində Rusiya rəhbərliyi ədalətli mövqe tutmayaraq MDB ölkələrinin Qərblə əməkdaşlığına yol açdı. Rusiyanın 30 il ərzində Ermənistanın işağılna dəstək verməsi, müharibənin bitməsinə baxmayaraq sülh sazişinin bağlanmasına mane olması, hazırkı situasiyada MDB ciddi şəkildə zəiflədir. Həmçinin Gürcüstanın və Ukraynın bu təşkilatdan çıxması, məhz Rusiyanın işğal və aqressiv siyasətinin nəticəsidir.

Kreml MDB ölkələri ilə qarşılıqlı etimad və normal siyasi əlaqələrə üstünlük versəydi, bu gün MDB regionda aparıcı bir təşkilat ola bilərdi. Rusiya MDB üzv ölkələrinə öz ambissiyalarını və imperiya maraqlarının təmin edən öz arxa bağçası kimi siyasət ortaya qoydu. Nəticədə MDB amorf bir qruma çevrildi.

Tacikistanın Qırğızıstana hücumu, Ermənistanın Azərbaycana qarşı məlum siyasəti, Rusiyanın Qazaxısatnın dövlətçiliyini şübhə altına alması, belə bir təşkilatın bundan sonra yeni keyfiyyətlə ortaya çıxması gözlənilmir.

Qeyd edim ki, təşkilat daxilində Rusiya ziddiyətli siyasət ortaya qoyur. Astana görüşü Rusiyanın Qərbə mesajıdır. MDB Qərargah rəislərinin Bakıda iclası, həmçinin Asatanada xarici işlər nazirlərinin iclası dövlətlər arasında inteqrasiyaya xidmət etməyəcək.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə ilə birgə yeni bir siyasət ortaya qoyub. Məhz Mərkəzi Asiya ölkələri Rusiya ilə əməkdaşlıqda maraqlı deyil. Yeni formalşamaqda olan geosiyasi məkanda MDB effektli olmayacaq və üzv ölkələr sadəcə protokol xatirinə toplanacaq. Asatanada keçirilən dövlət başçılarının məhdud şurasi Moskvanın hazırkı maraqlarına ximət etdiyi üçün üzv ölkələr tətəfindən formal qəbul edilir. MDB üzv ölkələri Belarus və Tacikistan istisna olmaqla Rusiya ilə məsafəli davarnır. Hətta, Rusiyanın strateji müttəfiqi Ermənistan Moskvanı Parislə əvəzləyir".

Xəyalə Məmmədova / Demedia.az