Kosmosda qalmışam deyib, 4 milyon istədi və... - ŞOK FIRILDAQÇILIQ
Sosial mediada özünü olmadığı biri kimi göstərərək qarşı tərəfdən pul istəyən fırıldaqçılara yenisi əlavə edilib.
Demedia.az xəbər verir ki, fırıldaqçı bu dəfə bir az çox “uçsa” da, yenə də onu yalanına inandıra bilib.
Hətta o qədər uçub ki, sosial şəbəkədə danışdığı 65 yaşlı qadına rus kosmonavtı olduğunu deyib.Fırıldaqçı qəribə planını iyul ayında həyata keçirməyə başlayıb və bu həftəyə qədər davam edib. Yaponiyanın Şiqa əyalətində yaşayan 65 yaşlı qadın sosial media profili kosmos şəkilləri ilə dolu olan kişi ilə görüşüb və danışmağa başlayıb. Fırıldaqçı yaşlı qadını hazırda Beynəlxalq Kosmik Stansiyada olan rus kosmonavtı olduğunu deyərək aldadıb.
Rusiyanın “Russia Today” xəbər saytının məlumatına görə, qadın və fırıldaqçı “Line” mesajlaşma tətbiqi vasitəsilə həftələrlə əlaqə saxlayıb. Dələduz qadına dəfələrlə onu sevdiyini deyib və qadına onunla evlənəcəyinə söz verib, “Yaponiyada yeni həyata başlamaq” istədiyini təkid edib.Hadisə ilə bağlı mətbuata açıqlama verən polis qrupları saxta kosmonavtın hər fürsətdə qurbanına romantik sözlər dediyini bildirib. O qədər ki, o, hətta bir çox qadını düşündürən romantik sualı verdi:
Yaponiyaya gələndə mənimlə evlənəcəksən? Mən səni sevirəm.Qadını aldadaraq evlilik vəd edən fırıldaqçı qurbanına bildirib ki, o, hazırda kosmosda qapalı qalıb və Yerə qayıtmaq üçün raket xərclərini və böyük “eniş haqqı”nı ödəmək üçün pul lazımdır.
Qadın bu inanılmaz hekayəyə inandı və fırıldaqçıya təxminən 4,4 milyon yen və ya 30 000 dollar köçürdü. Psevdokosmonavtın istədiyi məbləğ artıq astronomik olsa da, iddia edilən kürəkən kosmos səyahəti səyləri üçün daha çox pul tələb etməyə davam etdi. Qadın sonda şübhələnib və hadisə barədə polisə məlumat verib.
Aysun / Demedia.az