Nüvə partlayışından sağ qalmağın yolu...
TikTok-da hər gün bir çox insan müxtəlif mövzularda təcrübələrini bölüşür.
Demedia.az xəbər verir ki, Tik-Tok istifadəçisi paylaşımında insanların nüvə partlayışından sonra səmada peyda olan göbələk buluduna diqqət yetirilməli olduğunu bildirib.
"Partlayışdan sonra göbələk buludu peyda olacaq və göbələk buludunun ölçüsü, olduğunuz yerdən təhlükəsiz olub-olmadığınızı müəyyən etmək üçün istifadə edə biləcəyiniz bir işarədir" - deyən Felecia, bunun bir qayda olaraq görülməsi lazım olduğunu qeyd edib
Videosunda nüvə partlayışından sonra sağ qalmağın yolunu paylaşan qadın, "Tutaq ki, partlamağı pəncərənizdən görmüsünüz, sadəcə baş barmağınızı götürüb göbələk buludunun üstündə tutmağınız kifayətdir. Baş barmağınız tamamilə örtülürsə, sən təhlükəsizsən. Yoxsa, canını qurtarmaq üçün oradan uzaqlaş."
Videonu izləyənlərin bəziləri canlarını qurtarmağa çalışacaqlarını və sağ qalmaq üçün dua edəcəklərini söyləsələr də, bəziləri Felecianın bəhs etdiyi həyat qurtaran bələdçinin belə bir ssenaridə faydalı olacağına heç vaxt inanmadıqlarını bildiriblər. Hətta bir istifadəçi "Sən həqiqətən dəlisən. Nüvə partlayışından sağ çıxacağını zənn etmən gülməlidir. Mən sadəcə uzanıb nə baş verdiyini izləyəcəm, bu olacaq" deyib.
Aysun / Demedia.az