İsveçdə hökumət qurulur - Razılaşma əldə edildi
İsveçdə Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson yeni hökumətin qurulması məsələsində digər partiyalarla razılaşdığını açıqlayıb.
Demedia.az xəbər verir ki, o, bu barədə parlamentə açıqlama verib. Partiya lideri bildirib ki, sağ blokdan olan Liberal Partiyası və Xristian Demokrat Partiyası ilə üçlü koalisiya qurulacaq. İsveç Demokratlar Partiyası isə hökuməti koalisiyada yer almadan dəstəkləyəcək.
Onun sözlərinə görə, qlobal problemlər İsveçə də təsir edib və problemlərin həlli üçün zamana ehtiyac var.
Bahadur Seyidov