İzlənmə rekordları QIRAN GÖRÜNTÜLƏR: Çay içir, meyvə yeyir...
Türkiyənin Adana bölgəsində maraqlı hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, taqətdən düşən dələ balası təbiətə qayıtmaq əvəzinə insanlarla yaşamağa üstünlük verib.
Çay içən, meyvə, toxum, qoz yeyən, çiyinlərindən düşməyən dələnin yaraşıqlı görünüşü görənlərin diqqətini çəkir.
Ərazidə çayxana işlədən Celal Cıvgın ağacın altında yorğun və hərəkətsiz tapdığı dələni evinə aparıb və şprisdən südlə bəsləyib. Cıvgın yanına gələndən sonra alışmayan dələyə “Muncuq” adını verib.
Bir an olsun yanından ayrılmayan dələ yaxşılaşdıqdan və bir az böyüdükdən sonra dələni işə aparmağa başlayıb. Çay evinin sevinci olan muncuq çay içib meyvə, toxum, qoz yeyir. Muncuq yaraşıqlı hərəkətləri ilə mağaza sahiblərinin, uşaqların və müştərilərin diqqətini çəkir.
Aysun / Demedia.az