Qazıntı əsnasında XƏZİNƏ TAPILDI: Əslində görün nə çıxdı



 23:28 14.10.2022     673

Suriya ölkədə münaqişə başlayandan bəri ən mühüm arxeoloji tapıntı adlandıraraq, Roma dövrünə aid böyük bir bütöv mozaika tapıb.

Demedia.az xəbər verir ki, Suriyanın mərkəzində yerləşən Homsda, demək olar ki, zədələnməmiş 1600 illik Roma mozaikası tapılıb. 

Eni 20 metr olan bu mozaika Homsdakı Rastanda binasının altından tapılıb.

Bu yer 2018-ci ilə qədər Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların əlində olub. Troya və Amazon müharibələrinin mifoloji səhnələrini əks etdirən mozaikanın nadir nümunələrdən olduğu bildirilir.

Mozaikanın təfərrüatlı təsviri olduğunu deyən Saad, Roma dəniz tanrısı Neptunun 40 sevgilisi ilə birlikdə göstərildiyi səhnənin və Heraklin

Amazon kraliçası Hippoliti öldürdüyü bir səhnənin olduğunu söyləyib.

Aysun / Demedia.az