Pentaqondan Ukraynadakı internet xidməti ilə bağlı açıqlama
ABŞ-ın Müdafiə Nazirliyi Strarlink kosmik internet xidmətinin Ukraynadakı fəaliyyəti ilə bağlı SpaceX şirkəti ilə danışıqlar aparıb.
Demedia.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Danışıqların detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, SpaceX şirkətinin rəhbəri İlon Mask Ukraynanı kosmik internet xidməti ilə təmin etmək üçün 80 milyon dollar xərcləndiyini və bu məbləğin qarşılanması üçün ABŞ-ın Müdafiə Nazirliyinə müraciət edildiyini ifadə edib. İlon Mask şirkətin bundan sonra xərcləri qarşılamayacağını açıqlayıb.
Bahadur Seyidov