Rusiyalı hərbçilər Belarusa gedib



 14:25 17.10.2022     267

Rusiyalı hərbçilər Belarusa gedib.

Demedia.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, rus hərbçilərin ilk karvanı regional birgə hərbi müqavilə çərçivəsində Belarusa gəlib. Açıqlamada bildirilir ki, hərbçilər duz və çörəyə qonaq edilərək, onlara isti münasibət bəslənilib.

Qeyd edək ki, Rusiya və Belarus regional birgə hərbi müqavilə imzalayıb. Müqavilə birgə hərbi birliyin formalaşdırılmasına imkan verir.

Bahadur Seyidov