Çin yeni peykini kosmosa göndərdi



 16:28 17.10.2022     334

Çin müasir texnologiya ilə təchiz edilmiş "Yaogan" peykini kosmosa göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xinhua agentliyi məlumat yayıb. Bildirilir ki, peykin uzaqdan qavrama özəlliyi var. Peyk kosmosa “Long Marche” raketi ilə göndərilib. Məlumata görə, bununla da, “Long Marche” raketi 444-cü fəaliyyəti icra edib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Çin mülki məqsədlər üçün istifadə edilən iki peyki kosmosa göndərib.

Bahadur Seyidov