Serbiya Kiyevdəki səfirliyini müvəqqəti bağladı
Serbiya Kiyevdəki səfirliyini müvəqqəti bağlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Serbiyanın Kiyevdəki səfirliyinin rəsmi internet səhifəsində belə məlumat verilib. Bildirilib ki, səfirliyin bağlanmasına səbəb diplomatların təhlükəsizliyini təmin etməkdir. Açıqlamada deyilir ki, Kiyevdəki səfirlik fəaliyyətini bərpa edənə qədər diplomatlar işlərini Belqrad şəhərindən icra edəcək.
Açıqlamada Serbiya Xarici İşlər Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı Serbiya vətəndaşlarına xəbərdarlığı da xatırladılıb. Xəbərdarlıqda Serbiya vətəndaşlarına Ukraynaya səfər etməmək barədə çağırış edilmişdi.
Bahadur Seyidov