Avstraliyada təbii fəlakət baş verdi
Avstraliyanın cənub-şərq vilayətlərində aramsız yağışlar selə səbəb olub.
Demedia.az xəbər verir ki, fəlakət Viktoria vilayətində daha çox dağıntılar törədib. Mooroopna, Orrvale və digər əyalətlərdə də selin fəsadları var. Sakinlərə yüksək ərazilərdə qalmaq barədə çağırış edilib. Rəsmi dairələr yeni sel fəlakətləri barədə xəbərdarlıq edib. Təbii fəlakət səbəbilə 120 məktəb, çox sayda idarə bağlanıb. Hökumət fəsadları aradan qaldırmaq üçün vilayətlərə xilasedicilər cəlb edib.
Bahadur Seyidov