Fransa Ukraynaya yeni hərbi yardımlar göndərir



 17:18 17.10.2022     326

Fransa Ukraynaya yeni hərbi yardımlar göndərir.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yeni hərbi yardımlar dronlara qarşı hava hücumundan müdafiə sistemlərini əhatə edir. Məlumata görə, Fransa həmçinin Ukrayna hərbçilərinə təlim keçəcək. 2 min Ukrayna hərbçi təlim keçmək üçün Ukraynaya gedəcək. Açıqlamada qeyd edilir ki, müharibə hələ davam edəcək.

Qeyd edək ki, Rusiyanın son hücumlarından sonra NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcəyini açıqlamışdı.

Bahadur Seyidov