İran Rusiyaya PUA satdığını niyə gizlədir? - ŞOK DETAL
İran Rusiyaya pilotsuz uçuş aparatları satdığını niyə danır? Türkiyə Azərbaycana və Ukraynaya pilotsuz uçuş aparatları satıb və bunu heç zaman gizlətməyib.
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, sadəcə, Türkiyə ərazi bütövlüklərini təmin etmək uğrunda savaşan ölkələrə pilotsuz uçuş aparatları satıb:
"Tehran isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dronlar satıb, bu İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir. Ona görə də Rusiyaya silah satmalarını açıq şəkildə bəyan edə bilmirlər. Halbuki, hamı bilir ki, Rusiya İran dronları ilə Ukrayna şəhərlərini hədəf alıb, mülki insanları öldürüb. Ukrayna prezidenti Volodimir Zelenski şəhərləri hədəf alan İran dronlarının markasına qədər sadalayıb, qalılqarı mövcuddur. Bunlar varkən, Tehran hələ da reallığı inkar etməyə çalışır".
Xəyalə Məmmədova / Demedia.az