Cənubi Koreya ordusu hərbi təlimlərə başladı



 18:12 17.10.2022     367

Koreya adası ətrafında gərginliyin davam etdiyi bir vaxtda Cənubi Koreya ordusu hərbi təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusunun Baş Qərargahından bildirilib. Məlumata görə, məqsəd Şimali Koreyanın mümkün təhlükəsinə cavab vermək barədə hərbi bacarıqları artırmaqdır.

Qeyd edək ki, Şimali Koreya ardıcıl ballistik raketləri test edib. Testlər zamanı Cənubi Koreyaya nüvə hücumu simulyasiya edilib. Raketlərdən biri isə Yaponiya üzərindən keçərək, Sakit okeanına düşüb.

Bahadur Seyidov