Metro çıxışında GƏRGİNLİK: Gizlicə qızların şəkillərini çəkdi və...
Türkiyədə metronun qarşısında gözləyən bir şəxsin yoldan keçən qadınların şəkillərini çəkməsindən sonra vətəndaşlar vəziyyətə reaksiya verib.
Demedia.az xəbər verir ki, hadisə səhər saatlarında Çekmeköydə bir metro dayanacağı qarşısında meydana gəlib. İddialara görə, şəxsiyyəti hələ müəyyən edilməyən şəxs dayanacaq çıxışında gözləyən zaman yoldan keçən qadınların şəkillərini çəkməyə başlayıb.
Vəziyyəti anlayan gənc qız şəklinin silinməsini istəyib və mübahisə düşüb. Vətəndaşlar müdaxilə edərək həmin şəxsin telefonunu almağa çalışarkən, şəxs hadisə yerindən qaçmağa çalışıb.
Həmin anlar mobil telefonun kamerasına əks olunub. Görüntülərdə qadınların həmin şəxsə reaksiya verdiyi, vətəndaşların isə iddia edilən şəxsi qolundan tutduğu görünür.
Aysun / Demedia.az