Tarixdə ən axmaq miras faktı... - Araşdırma
Yəqin ki, facebookda tez-tez atalar sözlərimizin yanlışlığından, məntiqə uyğun olmadığından bəhs edən statuslar görürsünüz. Gülürük keçirik, hərdən lağlağıya da qoyuruq. Amma, unuduruq ki, “aşıq gördüyünü çağırar”... İndi sizə bir hadisə danışacağam, görəcəksiniz ki, atalarımız “babam kündəni sayır, nənəm də kündədən kəsir” deyəndə nəyi nəzərdə tutublar.
Hadisə taixin ən axmaq miras faktı kimi də dəyərləndirilir. Həqiqətən, bu baş verənləri başdan-ayağa axmaqlıq da adlandırmaq olar.
Məhşur kinoprodüsser və milyoner Rodger (Rocer) Dorkas 62 yaşında ürək çatışmazlığından dünyasını dəyişəndə sonuncu arvadı 24 yaşlı aktrisa Wendy Dithrih ilə cəmi bir il idi ki, evliydi. Yazıq Rodger bu 1 ildə arvaddan nələr çəkibsə, öləndə bütün sərvətini iti Maksimilyana vəsiyyət edib. Onun 65 milyon dollarlıq bank hesabından, ümumilikdə isə daşınmaz əmlaklarla birgə 250 milyon dollar dəyərində olan sərvətindən Wendiyə cəmi 1 sent çatıb.
Təbii ki, Wendy bu vəziyyətlə razılaşmayıb. O, məhkəməyə baş vurub. Ard-arda keçirilən məhkəmələr zamanı məlum olub ki, Dorkasın sərvəti Maksimilyanın qanuni haqqıdır. Çünki, it qanuni ABŞ vətəndaşıdır. Onun sosial sığortası, şəxsiyyət vəsiqəsi, adına bank hesabı, demək olar ki, bir vətəndaşa lazım olan bütün sənədləri var. Buna görə də, Maksimilyan qanuni varis kimi Rodgersdən qalan hər şeyin rəsmi sahibinə çevrilir.
Məsələ mətbuatda səs-küy yaradır. Ölən milyonerin vəkili Filipp Goldstein açıqlama verməyə məcbur olur və deyir: “Əvvəlcə, Rodgerin hər şeyini itə vəsiyyət etməsi zarafat idi. Amma, ömrünün son aylarında Rodger məndən itə lazım olan sənədləri düzəltməyimi tələb etdi. Təbii ki, müvəkkilimin bütün tapşırıqlarını yerinə yetirmək vəzifə borcum idi və mən Maksimilyanın ABŞ vətəndaşı olması üçün var gücümlə çalışdım, buna nail oldum”.
Bundan sonra gənc yaşında dul qalan Wendy ərindən qalan sərvəti ələ keçirmək üçün müxtəlif yollar axtarır. Nəhayət, o, qadın ağlı və məkri ilə vəziyyətdən çıxış yolu tapır. Maksimilyana evlilik təklif edir və ona ərə gedir. Bəli, bəli, 24 yaşlı qadın ərindən qalan pulları ürəklə xərcləmək üçün onun itiylə evlənir. Beləcə, Wendy Maksimilyanın qanuni himayəçisi olur.
Səs-küylü toydan az sonra isə Maksimilyan ölür...Beləcə, Wendy ikinci dəfə dul qalır. Amma, o, özünü “xoşbəxt dul” sanmaqda haqlıdır. Axı, Maksimilyan it olduğuna görə vəsiyyət də yazmamışdı... Və bu dəfə Wendy Rodgerin bütün sərvətinin sahibinə çevrilir.
Heç nə yox, bayaqdan düşünürəm ki, yazıq Rodgerin goru çatlayıb yəqin... Nə isə... Belə axmaq miras məsələləri haqqında daha bir video da hazırlayacağam. Nə fikriniz olsa, rəylərdə yaza bilərsiniz.
Bahadur Seyidov / Demedia.az