Müstəqilliyin möhkəmlənməsi üçün vacib şərtlərdən biri... - Şərh
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan iqtisadiyyatı fərqli mərhələlərdən keçib:
"Keçmiş ittifaqın dağılmasından sonra Azərbaycan iqtisadyyatı1992-ci ildə kəskin tənəzzül ilə üzləşdi. Müstəqilliyin ilk ilində Ümumi Daxili Məhsul 1991-ci ildəki 8.79 milyard dollardan 450 milyon dollaradək azaldı. 1991-ci ildən keçən 30 illik müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı 6.2 dəfə böyüyərək 2021-ci ildə 54.62 milyard dollaradək yüksəldi. Güclü iqtisadiyyat müstəqilliyin möhkəmlənməsi üçün vacib şərtlərdən biri olaraq qalmaqdadır".
Xəyalə Məmmədova / Demedia.az