Paşinyandan Qərbə mesaj: Naxçıvana gediş üçün üç yol...
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etmək üçün üç yol təklif etdiyini və bununla bağlı nəzarət buraxılış məntəqələri nəzərdə tutulduğunu qeyd edir. Bununla N. Paşinyan Azərbaycanın cavabını gozəldiklərini deməklə, siyasi manipulyasiya edir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, ilk növbədə N. Paşinyan Qərbə mesaj verir ki, Naxçıvana gediş üçün üç yol verirəm və Azərbaycan təklifimizi qəbul etmir:
"N. Paşinyanın bu təklifi əsasən, Zəngəzur dəhlizini arxa plana keçirməkdir.
Ermənistanın Azərbaycana təklif etdiyi yolun təhlükəsizliyi sual altındadır və buna getmək olmaz. Bundan əlavə, bu yol adi nəqliyyat və kommunikasiyaların açılması istiqamətində plana daxildir. Amma, 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndi isə, dəhlizin verilməsini nəzərdə tutur. Qeyd edim ki, N. Paşinyan və Qərb 9-cu bəndə nəzərdə tutan Naxçıvana verilən yolun təhlükəsizliyi təmin edilməsini nəzərdə tutulan rus hərbiçilərinin olmasını qəbul etmir. Qeyd edim ki, "Zəngəzur" dəhlizi beynəlxalq əhəmiyyətli dəhliz olacaq və geosiyasi layihənin tərkib hissəsidir. Əgər, Yerevan dəhliz olarsa, nəzarəti beynəlxalq müşahidəçilərin nəzarətinə verilməsində maraqlıdır.
Hazırkı siyasi proseslərdə Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqları N. Paşinyan vaxt qazanmaq üçün istifadə edir. Hazırda Kəlbəcər istiqamətində Ermənistan yeni hərbiçilər və artilleriya vasitələri sərhəd istiqamətinə cəmləyir. Ermənistan bununla yeni hərbi əməliyyatlara hazırlaşır. N. Paşinyan hərbi əməliyyatları uğurlu keçirməklə danışıqlarda üstünlük əldə etməyi planlaşdırır.
Amma, proseslər növbəti dəfə Ermənistanın məğlubiyyəti ilə nəticələncək. Bu məğlubiyyətdən istifadə edən Ermənistan Avropa müşahidə missiyasının hesabatına Azərbaycanı təcavüzkar dövlət kimi qəbul etdirəcək. N. Paşinyanın siyasi hədəfləri tezliklə sülh müqaviləsi deyil, manevr etməklə siyasi şərtlər əldə etməyə çalışmaqdır. İlin sonuna kimi sülh müqaviləsinin bağlanmasına gəldikdə isə, bu yaxın perspektivdə mümkün deyil. Baxmayaraq ki, Ermənistan Təhlükəsizlik katibi Armen Qriqoryan və prezidentin köməkçisi Hikimət Hacıyev Vaşinqtonda ABŞ milli təhlükəsizlik katibi Sallivanın vasitəçiliyi ilə bir sənəd imzalanıb"
Xəyalə Məmmədova / Demedia.az.