Nigeriyada sel nəticəsində 600-dan çox insan öldü



 14:23 18.10.2022     328

Nigeriyada sel nəticəsində 600-dan çox insan ölüb.

Demedia.az xəbər verir ki, bu barədə Nigeriya hökuməti açıqlama verib. Bildirilib ki, təbii fəlakət nəticəsində 82 mindən çox ev tamamilə dağılıb. 1,3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fəsadların aradan qaldırılması üçün vilayətlərə xilasedicilər göndərilib. Hökumət sakinlərə humanitar yardımlar göndərir. Sakinlər üçün müvəqqəti düşərgələr qurulub.

Məlumata görə, Nigeriya sonuncu dəfə 10 il əvvəl belə güclü sellə üzləşib.

Bahadur Seyidov