"İsveç Türkiyə ilə imzalanan NATO barədə müqaviləyə sadiqdir"
İsveç Türkiyə ilə imzalanan NATO barədə müqaviləyə sadiqdir.
Demedia.az xəbər verir ki, İsveçin yeni Baş naziri Ulf Kristersson belə açıqlama verib. O bildirib ki, hökumət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün lazımi həmlələri edəcək. Baş nazirin sözlərinə görə, İsveçin NATO-ya üzv olması ölkə üçün çox vacibdir. O məsələ barədə Türkiyə tərəfi ilə danışıqları davam etdirəcəyini deyib.
Qeyd edək ki, Türkiyə İsveçin NATO-ya üzv olmasına razılıq vermək üçün tələblər irəli sürüb. Türkiyə İsveçdən terrorçulara dəstək verməyi dayandırmağı tələb edib.
Bahadur Seyidov