İranla nüvə danışıqlarında irəliləyiş gözləmirəm - Cozep Borrel



 16:27 18.10.2022     1128

İranla nüvə danışıqlarında irəliləyiş gözləmirəm.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel belə açıqlama verib. O bəyan edib ki, hazırda tərəflər arasında razılıq əldə olunacağına dair ehtimal yoxdur. O etiraf edib ki, bundan əvvəl tərəflər razılaşma əldə etməyə çox yaxın idi. Borrel həmçinin bildirib ki, Avropa Birliyi İrandakı etirazçıları və cəsur qadınları dəstəkləmək üçün İrana qarşı sanksiya tətbiq etməlidir. Borrel İranın Ukraynadakı müharibəyə daxil olması ilə bağlı məsələni diqqətə alacaqlarını ifadə edib.

Bahadur Seyidov