ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginlik
ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginlik yaşanıb.
Demedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb OPEC+ ölkələrinin neft hasilatının azaldılması barədə qərar qəbul etməsidir. Məlumata görə, ABŞ Prezidenti Co Bayden buna etiraz olaraq G-20 sammitində Səudiyyə Ərəbistanı nümayəndələri ilə görüşməyəcək. ABŞ Ər-Riyada silah satışının dayandırılması da daxil olmaqla münasibətləri yenidən nəzərdən keçirir.
Qeyd edək ki, OPEC+ ölkələri gündəlik neft hasilatının 200 milyon barrel azaltmaq barədə qərar qəbul edib. ABŞ tərəfi iddia edir ki, Ər-Riyad Rusiyanın istəyinə uyğun olaraq qərarə dəstək verib.
Bahadur Seyidov