Moskvada elan edilən qismən səfərbərlik başa çatdı
Moskvada elan edilən qismən səfərbərlik başa çatıb.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, Moskva bələdiyyəsinin rəhbəri Sergey Sobyanın yazılı açıqlamasında Moskvada qismən səfərbərliyin başa çatdığını açıqlayıb.
Qeyd edək ki, Prezident Vladimir Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min hərbçinin orduya cəlb edilməsi planlaşdırılırdı. Putinin ötən həftə açıqladığı rəqəmlərə görə, 222 min nəfər artıq orduya cəlb edilib.
Bahadur Seyidov