İran etirazlara görə tətbiq edilən sanksiyalara cavab verəcək



 14:48 18.10.2022     318

“İrandakı etiraz aksiyaları ilə bağlı sanksiyaların tətbiq edilməsi ölkənin daxili işlərinə müdaxilədir”.

Demedia.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi belə açıqlama verib. Bildirilib ki, etirazlarla bağlı Avropa Şurasının bəzi iranlı nümayəndələrə qarşı sanksiya tətbiq etməsi, hüququn pozulması və İranın daxili işlərinə müdaxilədir.

Bəyan edilib ki, İran bu aksiyalara cavab verəcək. İran cavab olaraq bəzi avropalı nümayəndələrə və qurumlara sanksiya tətbiq edəcək.

Bahadur Seyidov