İsveçdə yeni hökumət quruldu
İsveçdə yeni hökumət qurulub.
Demedia.az xəbər verir ki, bu barədə Baş nazir Ulf Kristersson açıqlama verib. O bildirib ki, artıq bütün nazirliklərə təyinatlar həyata keçirilib. Hökumət başçısının sözlərinə görə, nazirlər kabineti 24 nazirdən ibarətdir. Baş nazir bəyan edib ki, İsveçdə çox problemlər var. Yeni Baş nazir problemlərin həlli üçün lazımi tədbirlərin həyata keçiriləcəyini ifadə edib. Baş nazirin sözlərinə görə, əhalini narahat edən problemlərin həlli üçün güc strukturları daha da gücləndiriləcək.
Qeyd edək ki, Ulf Kristersson İsveçin NATO-ya üzv olması üçün Türkiyə ilə danışıqların davam etdiriləcəyini ifadə edib.
Bahadur Seyidov