Uşaq məzarlarına HƏDİYYƏ OLARAQ QOYULURDU... - Sirri ortaya çıxdı



 22:01 18.10.2022     679

Türkiyədə Çanaqqala bölgəsində 7 min illik Assos xarabalığında aparılan qazıntılar zamanı uşaq oyuncağı olan və dəfn hədiyyəsi olaraq uşaq qəbirlərinə qoyulan Roma terrakotasından hazırlanmış 2000 illik fit tapılıb. 

Demedia.az xəbər verir ki, fit Ayazma kilsəsinin ətrafında tapılıb.

Ayvacıkdakı 7000 illik Assos xarabalıqlarında aparılan qazıntıları Çanaqqala Onsekiz Mart Universiteti Elm və Ədəbiyyat Fakültəsi (ÇOMÜ) Arxeologiya Bölümü müəllimi Prof. Dr. Nurəddin Arslanın sədrliyi ilə 25 nəfərlik komanda ilə davam edir. Assos xarabalıqlarında Hellenistik dövrdə tikilmiş Aqora və Gymnasium Bizans Dövrü Ksenedochion (Qonaq evi) tikililərində qazıntılar bu il davam etdirilib. 

Assos xarabalıqlarında Ayazma kilsəsinin ətrafındakı səthdə terakotadan hazırlanmış quş fiquru tapılıb. Qazıntı qrupu tərəfindən aparılan araşdırmada torpaqdan düzəldilmiş quş fiqurunun Roma dövrünə aid, gündəlik həyatda uşaq oyuncağı olan və uşaq məzarlarına qoyulmuş terakotadan hazırlanmış fit olduğu müəyyən edilib. Roma fitinin 2000 il yaşı olduğu təxmin edilir.

Aysun / Demedia.az