7 yaşında sünnət olundu, həyatı dəyişdi... - İndiki halı görənləri dəhşətə gətirir
Türkiyənin Kocaeli bölgəsində yaşayan 25 yaşlı Uğur Civan 7 yaşında aldığı çəkidən 3 ildir ki, qapıya sığmır, evdən çölə çıxa bilmir.
Demedia.az xəbər verir ki, 300 kiloya çatan gəncin ən böyük arzusu köhnə sağlam günlərinə qayıtmaqdır.
Gölcük rayonunda yaşayan Uğur Civanın 7 yaşında rastlaşdığı piylənmə xəstəliyi ilə həyatı kabusa çevrilib. Sünnət olunduqdan sonra sürətlə kökəlməyə başlayan Civan 25 yaşında ikən 300 kiloya çatıb. Qapılara sığmayan, evdən çölə çıxa bilməyən Civan da yeriməkdə çətinlik çəkir. Artıq çəkisi səbəbindən ürək, şəkər, təzyiq kimi xəstəliklərlə də mübarizə aparan gəncə 45 yaşlı anası baxır. Ən böyük arzusu köhnə sağlam günlərinə qayıtmaq olan Uğur evdən çıxıb ictimai həyata qatılmaq və ayaq üstə durmaq istəyir.
Yaşadığı çətinlikləri Uğur Civan belə izah edib: "Mən piylənmə xəstəsiyəm. 7 yaşımda sünnət olunduqdan sonra kökəlməyə başladım. Köhnə arıq halıma qayıtmaq istəyirəm. Həyatım pisləşməyə başladı. Yataq xəstəsiyəm, sağlamlığıma qovuşmaq istəyirəm. 2 il yarım əvvəl 250 kilo idim, indi isə 300 kiloya çatmışam".
Aysun / Demedia.az