Polisə müraciət etdi, torpağı saatlarla qazdılar - Nəticədə isə...
Türkiyədə maraqlı hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, İzmirin Karşıyaka rayonunda bir nəfərin torpaq altında qalması xəbəri üzərinə polis, sağlamlıq, xilasetmə qrupları səfərbər olub.
Təxminən 2 saat davam edən iş nəticə verməyib və polis qrupları tərəfindən sorğulanan xəbərçi şübhəli ifadələr verməyə başlayıb. Şübhəli ifadələr üzərinə polis qrupları tərəfindən xəbər verən şəxsin son vaxtlar narkotik istifadə etdiyi və maddənin təsiri altında yuxular gördüyü iddia edilib.
Polis qrupları tərəfindən ifadəsi alınmaq üçün polis bölməsinə aparılarkən, xəbərin əsassız olduğu aydınlaşdıqdan sonra qruplar geri dönüb.
Aysun / Demedia.az