Yuxudan oyanan kimi 1 stəkan su için - İNANILMAZ NƏTİCƏ
Həkimlər və mütəxəssislər hər gün həyəcan siqnalı çalır ki, müasir insan yetərincə su içmir. Bunun da səbəbi çoxdu.
Gündəlik qayğılar, özümüzə vaxt ayıra bilməməyimiz kimi... Amma, gün ərzində yetərli miqdarda su içməsək, sağlamlığımızı qoruya bilmərik. Böyrəklərimizin sağlam olması, həzm prosesinin nizamlanması, qan-damar xəstəlikləri riskinin azalması üçün hər gün lazımi qədər su içməliyik.
Hesablamalara görə, gün ərzində, təxminən, 10 stəkan su içməyimiz vacibdir. Bir stəkan 250 ml su tutur. 10 stəkan su içəndə gün ərzində 2,5 litr su içmiş oluruq. İstənilən pəhriz hər insanın vücud saatına görə dəyişir. Eləcə də, hər orqanizmin öz su tələbatı var. Bir sözlə, aldığımız kalori qədər su içməyimiz lazımdı. Yəni, ümumən, 1,5-2,5 litr suya ehtyacımız var.
Əgər gün ərzində su içməyi unudursunuzsa, günə su ilə başlayın. Yuxudan oyanan kimi 1 stəkan su için. Bunu vərdişə çevirin. İşə çatan kimi də ilk iş su içmək olsun. Özünüzə bir qarfin alın, onu su ilə doldurub iş masanıza qoyun. Bir də görəcəksiniz ki, işləyə-işləyə qrafini boşaltmısınız. Beləcə, vücudunuz lazımi miqdarda suyu qəbul edəcək.
Avtomobilinizdə və çiyin çantanızda, ən azı, bir şüşə su olmasının qayğısına qalın. Tıxacda dayanarkən boş durmayın, su için. Avtobus dayanacağında su için. Yəni, əliniz boşalan kimi su içməyə cəhd edin.
Bəzən insanlar suyun dadını sevmədiklərini deyir. Bunun da çarəsi var: suyunuza meyvə suyu qatın, meyvə dilimləri atın. Suyun həm dadından, həm qoxusundan həzz alaraq için.
Bahadur Seyidov / Demedia.az