Ukraynada AĞIR DURUM: General Putinə müraciət etdi



 12:34 19.10.2022     684

Ukraynadakı Rusiya işğal qoşunlarının komandanı Surovikin bildirib ki, Xersonla bağlı çətin qərarların qəbulu istisna deyil. Güman ki, şəhərdən və ümumilikdə sağ sahildən çəkiləcəklər. Bəlkə də general artıq belə bir təkliflə Putinə müraciət edib. Son qərarı təbii ki, Putin verəcək.

Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, rus qoşunlarının Dneprin sağ sahilini tərk etməsi əslində hərbi-taktiki baxımdan doğru qərar olardı:

"Çünki oradakı 20-25 minlik qruplaşmanın durumu ümidsizdir. Logistikaları pozulub və təchizatlarında ciddi problemlər var. Ukrayna ordusunun davamlı basqıları nəticəsində hər gün ağır itkilər verirlər. Belə bir vəziyyətdə sağ qalan qüvvələri geri çəkib, Melitopol və Krım istiqamətlərinin müdafiəsini gücləndirmək daha məntiqli görünür".

Xəyalə Məmmədova / Demedia.az