Avropa Birliyi Kiyevə 2 milyard avro göndərdi
Avropa Birliyi müharibə ilə əlaqədar Ukrayna üçün ayırdığı vəsaitdən 2 milyard avronu Kiyevin hesabın köçürüb.
Demedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen açıqlama verib. O bildirib ki, Ukrayna üçün may ayında açıqlanan 9 milyard avroluq yardım paketinin 2 milyard avrosu artıq Ukryanaya göndərilib. Ursula von der Leyen Avropa Birliyinin Ukraynaya dəstəyini davam etdirəcəyini ifadə edib.
Qeyd edək ki, Avropa Birliyi Ukraynaya 500 milyon avro dəyərində 6-cı hərbi paketi də qəbul edib.
Bahadur Seyidov