Şotlandiyanın tarixdəki ilk raket sınağı uğursuz alındı



 12:08 19.10.2022     364

Şotlandiya kosmosa peyk göndərmək layihəsi çərçivəsində ilk dəfə raket sınağı təşkil edib.

Demedia.az xəbər verir ki, test “Skyrora” adlı şirkət tərəfindən edilib. Lakin raket havaya qalxandan bir neçə dəqiqə sonra Norveç dənizinə düşüb. Məlumata görə, raketin sürətinin səsin sürətindən 4 dəfə çox olması nəzərdə tutulmuşdu. Testin hansı səbəbdən uğursuz olduğu məlum deyil. Şirkət ilk test zamanı raketin 125 kilometr yüksəkliyə uçacağını nəzərdə tutmuşdu.

Lakin raket havaya buraxılan yerdən 500 metr məsafədə dənizə düşüb. Raketin qalıqlarını sudan çıxartmaq üçün işlər aparılır.

Bahadur Seyidov