ABŞ-dan etiraz - İran BMT qərarını pozur
İranın Rusiyaya kamikadze dronları tədarük etməsi BMT qərarlarının pozulmasıdır.
Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti belə məlumat yayıb. Bildirilir ki, İran Rusiyaya kamikadze dronları tədarük etməklə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozur. Məlumata görə, İranın nüvə müqaviləsi ilə bağlı olan bu qərar, bəzi hərbi texnologiyaların tədarük edilməsini qadağan edir.
Qeyd edək ki, Böyük Britaniya və Fransa da oxşar etirazla çıxış edib. İranın Rusiyaya minlərlə kamikadze dronu satdığı irəli sürülür.
Bahadur Seyidov