Avstraliya İsraillə bağlı qərarı ləğv etdi



 14:29 19.10.2022     312

Avstraliya hökuməti əvvəlki hökumət tərəfindən qəbul edilmis Qərbi Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsinə dair qərarı ləğv edib.

Demedia.az xəbər verir ki, bu barədə Avstraliyanın rəsmi mənbələri məlumat yayıb. İsrailin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərarın geri çəkilməsi ilə bağlı Avstraliyanın ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. İsrail tərəfi Avstraliyanın qərarına etiraz edib.

Qeyd edək ki, Avstraliya hökuməti 4 il əvvəl Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımışdı. Hazırki hökumət isə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həll edilməsini dəstəklədiyini bəyan edib.

Bahadur Seyidov