ABŞ-dan Şimali Koreyaya çağırış
ABŞ-ın Seuldakı səfiri Filip Goldberq Cənubi Koreyaya çağırış edib.
Demedia.az xəbər verir ki, çağırışda Pxenyandan təxribatları dayandırmaq tələb olunub. Səfir bildirib ki, Pxenyanın testləri regionda gərginliyi artırır. Diplomat həmçinin Şimali Koreyanı nüvə testini həyata keçirmək planından daşınmağa çağırıb. O qeyd edib ki, regionda gərgin vəziyyətə qarşı ABŞ - Cənubi Koreya ittifaqı vacib əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Şimali Koreya ardıcıl ballistik raket testləri təşkil edib. Pxenyanın nüvə silahını testdən keçirməyə hazırlaşdığı barədə məlumatlar var.
Bahadur Seyidov