“Şimal axını” boru xəttindəki sızma ilə bağlı hesabat yayıldı
Danimarkanın hüquq-mühafiə orqanları “Şimal axını” boru kəmərlərindəki sızma ilə bağlı hesabat yayıb.
Demedia.az xəbər verir ki, hesabatda sızmanın partlayış nəticəsində baş verdiyi qeyd edilib. Açıqlamaya görə, İsveç yaxınlığında baş verən sızıntı güclü partlayışdan irəli gəlib. Partlayışın necə və kimlər tərəfindən təşkil edilməsi barədə araşdırmalar davam edir.
Qeyd edək ki, ötən ay “Şimal axını1” və “Şimal axını2” təbii qaz boru xəttində sızıntı qeydə alınıb. Rusiya və ABŞ hadisəyə görə bir-birilərini ittiham edib.
Bahadur Seyidov