Rusiya Xerson əhalisini köçürür



 16:25 19.10.2022     314

Rusiya ilhaq etdiyi Ukraynanın Xerson şəhərindəki sakinləri təxliyə edir.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Xersona təyin etdiyi idarədən açıqlama verilib. Bildirilib ki, sakinlərin təxliyə edilməsinə səbəb Ukrayna ordusunun hücumlarıdır. Məlumata görə, şəhərdən 60 minə qədər sakinin təxliyəsi nəzərdə tutulub.  Bildirilir ki, sakinlər Rostov, Krasnodar, Krım və digər ərazilərə köçürülür. Məlumata görə, Xersonda Ukrayna ordusunun qarşısını almaq üçün müdafiə xəttləri qurulmağa başlanılıb.

Bahadur Seyidov