Özünə hücum edən ayını təpik və şillə ilə döydü - İNANILMAZ HADİSƏ



 18:33 19.10.2022     680

Çıxdığı Futaqo dağında ayı ilə qarşılaşan alpinist ayını təpiklə vurub. 

Demedia.az xəbər verir ki, Yaponiyanın mərkəzindəki Çiçibu şəhərində Futaqo dağına qalxan alpinist qarşısında ayını görəndə şoka düşüb.

Ayının ona tərəf qaçdığını görəndə çarəsiz reaksiya verib. Təşvişə düşən alpinist təpik və şillə ilə ayıya hücum etməyə başlayıb.

Bir tərəfdən qışqıran alpinist, digər tərəfdən də ona hücum edən ayını itələyib. Ərazidə daha bir ayı balasının olduğu görülüb.

Hücum edən ayının ana olduğu və yaşayış yerini qorumaq üçün hücuma keçə biləcəyi qiymətləndirilir.

Aysun / Demedia.az