Dünya bu universitet tələbəsindən danışır: Elə avtomobil düzəltdi ki...
Türkiyəli universitet tələbəsi hazırladığı proqramla 1983 model avtomobilinə yeni əlavələr edib.
Demedia.az xəbər verir ki, dəyişikliklərdən sonra avtomobili görənlər gözlərinə inanmayıblar.
Osman Rafet Okur insan daşıyan dron və ağıllı it yuvası dizayn etdikdən sonra avtomobili komanda ilə idarə edib.
O, proqram təminatı ilə 1983 model Renault Toros avtomobilinə səsli əmrlə işə salmaq, söndürmək və işıqları yandırmaq kimi funksiyaları əlavə edib.
Elektron hissələri ilə proqram düzəldən və avtomobilinə inteqrasiya edən gənc mobil telefonundan əmr verərək açarsız maşını işə salıb bağlaya bilir.
Aysun / Demedia.az