Zəhərlidir, yeyilmir, ancaq faydalarını biləsiniz...



 21:01 19.10.2022     621

At şabalıdı - Sapindaceae fəsiləsinin əsas növü. Varikoz damarları, hemoroid və xroniki venoz çatışmazlıq kimi sağlamlıq problemlərinə qarşı alternativ tibbdə istifadə edilir. At şabalıdı zəhərlidir. Buna görə də yeyilməzdir. Ümumiyyətlə emal olunur və qaymaq, yağ şəklində istifadə olunur.

At şabalıdının faydaları nələrdir?

At şabalıdı sallanan dərini yığır. Qırışların qarşısını alaraq yaşlanmanın qarşısını alır.

Oynaqlarda və sümüklərdə revmatizm və ya iltihab nəticəsində yaranan ağrıları aradan qaldırmağa kömək edir.
Şah damarı alına və ayaq altı nahiyəsinə çəkildikdə bədəndəki qan dövranını tənzimləyir və sinirlərin beyinə daha yaxşı ötürülməsinə dəstək olur.
Xroniki stress və yorğunluğun qarşısını alır. Qan dövranını tənzimlədiyi üçün damarların tıxanmasının qarşısını alır.
Kapilyar çatlaqları aradan qaldırır.
Antioksidantlarla zəngindir. Buna görə də bədəni gücləndirir.
Sinəyə çəkilən at şabalıdı kremi öskürəyi qısa müddətdə kəsməyə kömək edir.
Qan dövranını gücləndirən vazokonstriktor və tonik təsirlərə malikdir. Bu şəkildə varikoz damarlarına, flebitlərə və hemoroidlərə yaxşı gəlir.
Hemoroid səbəb olduğu qanaxmaları azaldır.
At şabalıdı yağı saç tökülməsinə faydalıdır. O, həmçinin dərinin bərpasını təşviq edir və ləkələri aradan qaldırır.

Aysun / Demedia.az