Ayaq qoxusunun qarşısını almaq üçün BUNLARI EDİN



 19:02 19.10.2022     726

Ayaq qoxusu bir çox insanın şikayət etdiyi problemdir. Xüsusilə gün ərzində aktiv şəkildə yeriyən və ya ayaq üstə duran birisinizsə, ayaq qoxusu problemi ilə qarşılaşmanız olduqca təbiidir. 

Bəs, ayaq qoxusunun qarşısını almaq üçün ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?

Ayaqlar çox vaxt bütün günü ayaqqabıda qalır. Buna görə də tərləmə ilə bakteriyalar ayaqqabıda, ayaqda və geyindiyiniz corabda özünə yer tapır.
Ayaqqabılar yenidən geyinildikdə ayaq qoxusunun çox asanlıqla təkrarlanmasına səbəb olur. Süni dəri, polyester əsaslı quruluşlu ayaqqabılar ayaq tərləməsini artıracaq və havanın keçməsinə mane olacağı üçün bu vəziyyət daha da ciddiləşəcək. 

Ayaq qoxusunun qarşısını almaq üçün edilməli olanlar:

- Evə gələndə gün ərzində ayaqqabıda tərləyən və havasızlaşan ayaqlarımızı yuyub sonra yaxşıca qurutmalıyıq. Nəmlənməmək üçün diqqətli olmalıyıq.
- Ayaqlarınız və ayaqqabılarınız üçün antibakterial qoxu əleyhinə sprey və tozlardan istifadə edə bilərsiniz.
- Evə qayıtdıqdan sonra ayaqqabılarınızı açıq yerdə müəyyən müddət havalandırın və sonra ayaqqabılarınıza sprey və ya tozdan istifadə edin.
- Ayaqqabılar hər gün dəyişdirilməlidir. Beləliklə, ayaqqabılarımızda bakteriyaların böyüməsinin qarşısını alırıq.
- Ayaq qoxusuna səbəb olan polyester əsaslı corablardan qaçınılmalı, əvəzinə yumşaq toxumalı pambıq corablara üstünlük verilməlidir.
- Corablar hər gün dəyişdirilməlidir, tərləmə çox olarsa, gün ərzində corab dəyişməyi unutmayın.

Aysun / Demedia.az