Dişi kimi doğulur, sonra erkəyə çevrilir... - İNANILMAZ



 20:01 19.10.2022     598

Maldiv adaları ətrafında Hind okeanının dərinliklərində araşdırma aparan alimlər dişi doğulan, lakin sonradan erkəyə çevrilən yeni balıq növünü kəşf ediblər.

Demedia.az xəbər verir ki,lLatın dilində Cirrhilabrus finifenmaa adlanan parlaq və rəngarəng balıq Maldiv aliminin təsvir etdiyi ilk növdür.

Mütəxəssislərin fikrincə, bu balıqlar yaşlandıqca xarici görünüşlərini və cinsiyyətlərini dəyişirlər. Həyata dişi kimi başlayır, yetkinləşdikcə kişiyə çevrilir və daha da rəngarəng olur.

Kişilər cütləşmə mövsümündə, ehtimal ki, dişiləri heyran etmək üçün təəccüblü rənglər alırlar.

Digər tərəfdən, bu hadisə dəniz canlılarında ilk dəfə müşahidə edilmir. Parlaq rənglərinə görə tez-tez "göy qurşağı balığı" olaraq adlandırılan bir çox balıqların cinsini sonradan dəyişdirdiyi məlumdur.

Aysun / Demedia.az