Uşaqlarda soyuqdəymənin ən geniş yayılan səbəbi...
Uşaqlı ailələri həkimə sürükləyən rhinoviruslar haqqında yəqin ki, çox adam eşitməyib. Bu viruslar ilkin etapda burun axmasına, burun tutulmasına səbəb olur. El arasında “kərgədan virusu” adı ilə də tanınır. Əsl hədəfi kiçik yaşlı məktəblilərdir. Xüsusi bir müalicəsi olmayan rhinoviruslardan qorunmağın ən praktik üsulu əllərin təmizliyidir.
Virusun adı yunanca “burun” mənasını verən “rhinos” sözündən götürülüb. Yaşadığı yeganə yer burun olduğuna görə bu adı alıb. Mütəxəssislər hesablayıb ki, soyuq mövsümlərdə soyuqdəymələrin 40%-ndən çoxuna rhinoviruslar səbəb olur.
Uşaqlara iki yolla bulaşır:
-xəstə ilə eyni məkanda nəfəs almaqla;
-xəstənin burun ifrazatları ilə kirlənən əllərinə, yaxud onların əli dəyən əşyalara toxunmaqla;
Xəstəliyin şiddəti virusun miqdarından asılıdır. Ardıcıl olaraq bu cür irəliləyir:
-Burun tıxanıqlığı;
-Burun axıntısı;
-Yorğunluq və halsızlıq;
-Öskürək;
-Baş ağrısı;
-Boğaz ağrısı;
Rhinovirusların yayılma arealı bütün dünyadır. Daha çox mövsüm dəyişikliyi zamanı meydana çıxır. Ən çox da məktəblərin açılması ilə yayılması pik həddə çatır. Bəzən adi soyuqdəymə ilə rhinovirus infeksiyasını bir-birindən fərqləndirmək mümkün olmur. Amma, mütəxəssislər valideynlərin bilməli olduğu müqayisə cədvəli hazırlayıblar. Cədvəldə soyuqdəymə ilə rhinoviruslardan ən geniş yayılmış olan qripin əlamətləri qarşılaşdırılıb.
Adi soyuqdəymə zamanı qızdırma nadir hallarda rast gəlinir. Qripə yoluxma zamanı isə uşağın bədən temperaturu 380C-ni keçir.
Adi soyuqdəymədə baş və boğaz ağrıları olmur. Qripli uşaq daim bu ağrılardan şikayətlənir.
Asqırmaq qripin ilkin əlamətidir. Sonrakı etaplarda qripli uşaq asqırmır. Adi soyuqdəymədə isə dayanmadan dəqiqələrlə asqıra bilir.
Öskürək adi soyuqdəymə zamanı az-az rast gəlinir. Qripin isə, necə deyərlər, “cəbhə yoldaşıdır”.
Soyuqdəymə heç bir ciddi tənəffüs sistemi xəstəliyinə yol açmır. Bunun əksinə, qrip virusu vaxtında orqanizmdən xaric edilməsə, zamanla sətəlcəm və astma-bronxit kimi ciddi xəstəliklərə çevrilir.
Bayaq da qeyd etdiyim kimi, rhinovirusların müalicəsi üçün xüsusi bir metod yoxdur. Sadəcə olaraq, ən qısa zamanda uşağınıza düzgün preparatı verməklə virusların səbəb olduğu tənəffüs yolları problemlərini aradan qaldıra bilərsiniz. Bəzən rhinoviruslar orqanizmdən xaric edildikdən sonra da onun səbəb olduğu quru və bəlğəmli öskürək uzun müddət davam edə bilir. Kiçik yaşlı məktəblilər, hətta, azyaşlılar belə bəlğəmli öskürəkdən əziyyət çəkir, düzgün nəfəs ala bilmir, gecələr rahat yatmırlar. İştahsızlıq isə uşaqlardan daha çox valideynlərin stress keçirməsinə gətirib çıxarır.
Belə hallarda uşaqlara öskürəyi anında kəsən və bəlğəmi yumşaldaraq bədəndən xaric olmasına kömək edən preparatlar vermək lazımdır. Bitki tərkibli bəlğəmgətiricilər şirin dadan siroplar şəklində olur. Bu siroplardan biri də GrinTuss pediatrik siropudur.
5 il davam edən araşdırmalar nəticəsində 4 mindən çox uşaq həkimi bu qənaətə gəlib ki, GrinTuss pediatrik siropunun istifadəsi uşaqlar üçün heç bir təhlükə yaratmır. Əksinə, kiçik yaşlıların öskürəklə mübarizəsində olduqca səmərəlidir.
Bitki əsaslı molekulyar tərkibə malik olan GrinTuss pediatrik siropu uşaqların nəfəs borularını təmizləyir və müxtəlif növ bakteriyaların aşağı tənəffüs yollarına enməyinə mane olur.
Aboca şirkətinin apardığı araşdırmalar sayəsində GrinTuss`un öskürək zamanı konkret təsiri və effektivlik dərəcəsi müəyyən edilib. Məlum olub ki, Grintuss öskürəyin müalicəsində yüksək nəticələr əldə etməyə imkan verir. Yüksək effektivlik və təhlükəsizlik sayəsində son 5 ildə 12 Avropa ölkəsində 9 milyondan çox Grintuss preparatı satılıb.
1 yaşından böyük bütün uşaqlar üçün kəskin və xroniki öskürək, eləcə də, üst tənəffüs yollarının iltihabı zamanı ən yaxşı seçim GrinTuss pediatrik siropudur. Xoş dada malik GrinTuss pediatrik siropunu gün ərzində 3-4 dəfə, hər dəfə 1 ölçü qaşığı uşağınıza verə bilərsiniz.
Bahadur Seyidov / Demedia.az