Bir həftədə 6 kq arıqladı... - İnanılmaz pəhriz
Yeni bir bədən quruluşuna, sadəcə, bir həftədə qovuşmaq istəyirsiniz? Pəhrizə başlamadan, idman etmədən, həftədə yalnız 2 gününü sərf edərək 6 kq arıqlamaq istəyənlər, yaxın gəlin. Bu gün sizi, romantik deyimlə, “şam kimi əridən” detoks resepti ilə tanış edəcəyəm.
Ən arıq qadın belə güzgüyə baxanda artıq çəkisi olduğunu düşünür. Qadınların bədbəxtlik siyahısının ən başında dayanır kökəlmək... Arıqlamaq insana özünü daha yüngül və daha gümrah hiss etmək şansı verir. Üstəlik, dərinin altındakı yağlar artdıqca, daxili orqanlar həm sıxılır, həm də işləyərkən çətinliklərlə üzləşirlər. Hamı arıq olmaq istəyir. Amma boğazını tikmək, idman etmək elə də asan deyil. Həm arıq olmaq, həm də daim tox qalmaq çox vaxt mümkünsüz görünür. Bəs, necə eləmək olar ki, aclıq hissinə məğlub olmadan arıqlaya bilək? Yaşıl alma detoksu bu sualın ən gözəl cavabıdır.
Kağızınızı, qələminizi götürün və yazmağa hazır olun. Bir həftədə 6 kq arıqladan detoksun təməl qidası yumurtadır. 3 yumurta götürün. Soyutma bişirin. Birini səhər, birini günorta, birini də axşam yeyin. Bu, sizi tox saxlamaq üçündür.
2, yaxud 3 yaşıl almanın qabığını qalın-qalın soyun. Yaşıl almanın qabığındakı pektin maddəsi də tox hiss etdirir. Qabığı qalın soymağın səbəbi budur. Alma qabıqlarını qazana qoyun. Bir kiçik dəstə cəfərini saplaqlarını kəsmədən qəşəng-qəşəng yuyun, qabıqların yanına qoyun. 1, yaxud 2 limonu yuyub ortadan iki yerə bölün, onu da qazana əlavə edin. 2-3 dənə üyüdülməmiş qara istiot atın. 3-4 ədəd yaşıl çay yarpağı əlavə edin. 1 darçın qabığını da məmulatların arasına yerləşdirin. Bir baş zəncəfili 3 yerə bölün, bir hissəsini dilimləyin, onu da qazana əlavə edin. Zəncəfilin qabıqlı olub-olmaması o qədər də önəmli deyil. Məmulatların üstünə çıxacaq qədər su tökün. Qazanı qaynamağa qoyun.
Yaxşı olar ki, qarışımı axşamdan hazırlayıb qoyasınız ki, soyusun. Sonra gün ərzində, ən azı, 1-1,5 litr bu sudan için. Bu detoks həm qaraciyəri yağlardan və toksinlərdən təmizləyir, həm də arıqladır.
Günü 3 yumurta və detoks ilə başa vurmaq istəməyənlər həmin gün şəkərsiz meyvələrdən də yeyə bilərlər. Məsələn; şaftalı, ərik, yaşıl alma... Qubanın ağ alması... Amma bu meyvələrin də tam yetişmişini yox, bir az kal olanlarını yeməyə üstünlük verin ki, şəkəri nisbətən az qəbul edəsiniz.
Bu üsulla arıqlamaq istəyənlərə bir xəbərdarlığım olacaq: yaşıl alma detoksunu dalbadal-hər gün qəbul etmək olmaz. Uzağı, ayda 8 dəfə qəbul etmək olar, yəni, həftədə 2 gün. Həmin 2 günün arasında da mütləq, ən azı, 1 gün fasilə olmalıdır.
Bahadur Seyidov / Demedia.az